Azərbaycanda soyuq hava şəraiti 1 həftə davam edəcək - Xəbərdarlıq

Azərbaycanda soyuq hava şəraiti 1 həftə davam edəcək - Xəbərdarlıq backend

Azəraycanda yanvarın 15-i axşam, 16-da gözlənilən qısa fasilədən sonra 17-si gündüzdən ikinci soyuq hava dalğası keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bunun yanvarın 22-dək davam edəcəyi gözlənilir.

Sözügedən dövrdə hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da yağıntıların sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10 dərəcə, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq.

Bakının rayonlarında, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.