Nardaran sakini Natiq Kərimov saxlanılıb - İFADƏ VERƏCƏK - YENİLƏNİB

Nardaran sakini Natiq Kərimov saxlanılıb - İFADƏ VERƏCƏK - YENİLƏNİB backend

Nardaran sakini Natiq Kərimovun saxlanılmasının səbəbləri məlum olub. Hüquq-mühafizə orqanlarındanAPA-ya verilən məlumata görə, N. Kərimov Nardaran hadisələri ilə bağlı ifadə vermək üçün Baş Prokurorluğa aparılıb.

***
Nardaran sakini Natiq Kərimov bu gün Nardaran qəsəbəsində qurulan postda saxlanılıb.

Bu barədə APA-ya N. Kərimovun oğlu Kamran Kərimov məlumat verib.

O bildirib ki, atası həkimə gedərkən polis postunda saxlanılıb. Onun hara aparıldığı hələlik məlum deyib.

Digər sakinlər isə N. Kərimovun polis bölməsinə aparıldığını bildiriblər.