Bakıda multifunksional park inşa olunacaq

Bakıda multifunksional park inşa olunacaq backend

Bakıda yeni park salınacaq.

Oxu.Az-ın məlumatına görə, yeni park paytaxtın Baş planına uyğun olan "Hibrid Yaşıl Koridor" layihəsinin icrası çərçivəsində reallaşacaq.

"Yaşıl koridor" layihəsi çərçivəsində inşa olunacaq park "Port Baku Tower"dən başlayıb "Ritz Carlton" hotelinə qədər olan ərazini əhatə edəcək.

Layihədə piyada keçidləri, yeraltı və yerüstü (ikimərtəbəli) parking əraziləri, kafelər, velosiped yolu, piknik sahəsi, uşaq meydançası, tennis kortları, skeyt sürmək üçün sahə, amfiteatr və insanların sağlam həyat tərzinə, xoş zaman keçirməsinə istiqamətlənən bir sıra fəaliyyətlərin təmin edilməsinə yönəlmiş işlər də yer alıb.

Hazırda parkın layihələndirmə işləri həyata keçirilir. Layihələndirmə işləri başa çatandan sonra parkın tikintisinə başlanacaq.