Pensiyalar ÖDƏNİLDİ

Pensiyalar  ÖDƏNİLDİ backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının pensiyalarını ödəyib.

Qaziler.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, Naxçıvan üzrə də bu ayın pensiya ödənişi həyata keçirilib.

Digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin yanvar ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.