Neftçilər gələn həftədən evə buraxılır - RƏSMİ

Neftçilər gələn həftədən evə buraxılır - RƏSMİ backend

"Günəşli" yatağında baş verən qəzada xəsarət alan neftçilərin müalicəsi davam etdirilir". APA-nın məlumatına görə, bunu Mərkəzi Neftçilər Xəstəxanasının baş direktor müavini Nadir Mehdiyev deyib.


Onun sözlərinə görə, hazırda xəstəxanada müalicə alan 12 neftçinin vəziyyəti stabildir: "Gələn həftənin əvvəlindən etibarən burda müalicə alanlar ambulator müalicəyə göndəriləcək. Çünki onların səhhətində ciddi problem yoxdur və bütün tibbi yardımlar göstərilib".