Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun ("Fred Asif"- red.) bacısı Tahirə Yusif qızı dünyasını dəyişib.
Qaziler.az bildirir ki, bu barədə "Fred Asif"in qardaşı Ədalət Məhərrəmov özünün feysbuk səhifəsində məlumat verib.
Milli Qəhrəmanın bacısı bu gün, yanvar ayının 10-da dünyasını dəyişib. O, sabah torpağa tapşırılacaq.
Qazi Rey Kərimoğlu bildirib ki, cənazə yanvarın 11-i, səhər saat 11-də "Vorovski" qəsəbəsi, "Qoşa zapravka"nın yanındakı binanın həyətindən ("Qrand-market"in yaxınlığı) dəfnə götürələcək.
Qəhrəmanın bacısı Hövsan qəsəbəsində, "Dədə Qorqud" qəbirstanlığında torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!
Xatırladaq ki, Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri yaradıb.
1990-cı ildə Ağdam özünümüdafiə dəstəsi yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub. 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsinə köməyə gedib, düşmənə ağır zərbə vurub.
Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də müharibədə aldığı yaraların nəticəsində dünyasını dəyişib. Bakı şəhərində 2-ci Fəxri Xiyabanda dəfn edilib.
Bakının küçələrindən biri onun adını daşıyır.
QAZİLER.AZ



