Ukrayna Baş nazirinin birinci müavini və Rəqəmsal Transformasiya naziri Mixaylo Fedorov və müdafiə naziri Denis Şmıqal istefa ərizələrini təqdim ediblər.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Ali Radasının spikeri Ruslan Stefançukun Facebook-na istinadən məlumat yayıb.
Stefançuk hər iki istefa ərizəsinin Ukrayna parlamentinə təqdim edildiyini bildirib.
Onun sözlərinə görə, Rada bu müraciətlərə yaxın gələcəkdə müəyyən edilmiş prosedura uyğun olaraq baxacaq.
Deputat Yaroslav Jeleznyakın qeyd etdiyi kimi, Radanın Şmıqal və Fedorovun işdən çıxarılması məsələsinə 13 yanvar çərşənbə axşamı günü baxacağı gözlənilir.
Parlament üzvləri yeni vəzifələrə təyinatları 14 yanvar çərşənbə günü nəzərdən keçirəcəklər.
QAZİLER.AZ



