Ötən il neçə nəfərə əlillik təyinatı verilib?

Ötən il neçə nəfərə əlillik təyinatı verilib? backend

"2025-ci ildə ümumilikdə 54 500 nəfərə əlillik təyinatı aparılıb ki, bu da 2024-cü illə müqayisədə 13.5 faiz çoxdur".

Qaziler.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev DOST TV-nin efirində çıxışı zamanı deyib.

O bildirib ki, onlardan 25 300 nəfərə bu təyinat ilk dəfə verilib, 29 200 nəfərə isə təkrar əlillik təyinatı aparılıb.

Onun sözlərinə görə, 2024-cü ildə göndərilən "Forma 88" göndəriş sayı 2025-ci ilə nisbətən daha çox idi:

"Bu halda təyinatların sayının da daha çox ola biləcəyini düşünmək olar. Lakin aparılan islahatlar, elektronlaşma prosesi, digər qurumların elektron sənəd dövriyyəsində əlçatanlığın təmin edilməsi, eləcə də qiymətləndirmə zamanı şəffaf və obyektiv mühitin yaradılması nəticəsində hər növbəti il əvvəlki illə müqayisədə aparılan təyinatların effektivliyi daha da artır.

Eyni zamanda, məsələn, 2024-cü ildə daxil olmuş göndərişlər arasında natamam doldurulduğu və ya hər hansı digər səbəbdən qüsurlu olduğu üçün tibb müəssisələrində geri qaytarılanların sayı ilə 2025-ci ildə geri qaytarılan göndərişlərin sayı arasında təxminən 30 faiz azalma müşahidə olunub".