Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, şəhərin Qurd dərəsi adlanan ərazisinin bir hissəsində ŞQTM-in dəyişdirilməsi ilə əlaqədar qaz təchizatı müvəqqəti dayandırılacaq.
Aparılacaq işlərlə əlaqədar bu gün saat 11:30-dan etibarən ərazidəki 800 abonentin qazı kəsiləcək.
İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.



