Cahangir Novruzov Prezidentin fəxri diplomu ilə təltif olunub

Cahangir Novruzov Prezidentin fəxri diplomu ilə təltif olunub backend

Xalq artisti Cahangir Novruzov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.

Qaziler.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Belə ki, bu təltifə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, bir çox bədii film və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradan C.Novruzov Azərbaycanın ilk peşəkar aktyorlarından olan Cahangir Zeynalovun nəvəsi, Xalq artisti Nəsibə Zeynalovanın oğludur.