Azər Zahid barədə cinayət işinə xitam verildi

Azər Zahid barədə cinayət işinə xitam verildi backend

"TikTok" sosial şəbəkəsində qumar oyunu təşkil etməkdə təqsirləndirilən aparıcı Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov barəsində başlanmış cinayət işi ilə bağlı qərar verilib.

Oxu.Az-ın məlumatına görə, istintaq başa çatıb və hər iki şəxslə bağlı cinayət işinə xitam verilib.

Xatırladaq ki, 2024-cü ilin dekabr ayında Azər Zahid və köməkçisinə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 244-1.2.2-ci (qumar oyunu təşkil etmə), 244-1.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi başlanılıb və onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs həbsdən azad edilib və barələrində ev dustaqlığı qətimkan tədbiri seçilib.