Saat 20:00-a olan vəziyyətə görə itkin düşən 26 neftçinin (23-ü "Günəşli" yatağında, 3-ü "Neft Daşları"nda) axtarışı heç bir nəticə verməyib.
Trend-in məlumatına əsasən, bunu mətbuat konfransında SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.Onun sözlərinə görə, axtarış işləri əlverişsiz hava şəraiti ilə əlaqədar dayandırılacaq və hava şəraiti imkan verən kimi bərpa olunacaq.