Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 1200 abonentin qaz təchizatında fasilə olacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, bu gün qəsəbədə diametri 89 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.
Bu səbəbdən, qəsəbədəki 1200 abonentin qaz təchizatı saat 13:30-dan etibarən müvəqqəti dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.



