Yeni il münasibətilə atəşfəşanlıq yaratmaq məqsədilə pirotexniki vasitələrin partlayışından xəsarət alan şəxslərin sayı açıqlanıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 1-də saat 00:00-da Sabunçu rayonundan təcili çağırış qeydə alınıb.
"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə yerində xəsarət alan bir nəfərə (kişi) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və ovucun cırılmış, didilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub", - deyə cavabda qeyd olunub.



