Qaradağda günəş elektrik stansiyasının tikintisinə icazənin müddəti uzadılıb

Qaradağda günəş elektrik stansiyasının tikintisinə icazənin müddəti uzadılıb backend

Qaradağ rayonunda bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddətinin uzadılıb.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov 2025-ci il dekabrın 30-da müvafiq Qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində yerləşən bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə alınmasının müddəti 1 il müddətinə uzadılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.