Xalq şairi Nəriman Həsənzadə xəstəxanadan evə buraxılıb

Xalq şairi Nəriman Həsənzadə xəstəxanadan evə buraxılıb backend

Xalq şairi Nəriman Həsənzadə müalicə aldığı Mərkəzi Klinik Xəstəxanasından evə buraxılıb.

Bu barədə APA-ya Xalq şairinin köməkçisi Arif Mehmandost məlumat verib.

" Həftədə bir dəfə dializ olunacaq. Bundan əlavə, evdə mütəmadi olaraq həkim müayinə edəcək", - deyə Xalq şairinin köməkçisi bildirib.

Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.