Ucarda 14 nəfər zəhərlənib, araşdırma başlanılıb

Ucarda 14 nəfər zəhərlənib, araşdırma başlanılıb backend

Ucarda kütləvi şəkildə qida zəhərlənməsi ilə bağlı prokurorluğa məlumat daxil olub.

Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Əlavə məlumatın veriləcəyi bildirilib.

***

Dekabrın 30-da saat 11:00 radələrindən etibarən zəhərlənmə şübhəsilə 14 nəfər (3 kişi, 11 qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın soğusuna cavab olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb", - məlumatda deyilir.