"Ay gədə, bu, erməni ilə qucaqlaşmaq demək deyil" - Rey Kərimoğlu

"Ay gədə, bu, erməni ilə qucaqlaşmaq demək deyil" -  Rey Kərimoğlu backend

Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsi meydana çıxandan, "Sülh Sazişi"nin paraflanmasından bəri bir çoxları bunu, Ermənistanla barışmaq, erməni ilə "qardaşlaşmaq" kimi başa düşür. Bu istiqamətdə xoşagəlməz görüntülər meydana çıxır.

Qaziler.az bildirir ki, bu barədə Qarabağ qazisi Rey Kərimoğlu özünün feysbuk hesabında yazıb və məsələyə sərt mövqeyini bildirib.

"Ay adam, ay dana, ay gədə...Ermənistnla sülh sazişi bağlamaq üçün dövlət tərəfindən atılan addımlar erməni gədəsini bağrına basıb öpmək demək deyil. Bu dövlət siyasətidi, iki arvadın etdiyi isə erməni xəffətinin nümunəsidir. Ay çaqqal, dövlətin siyasəti demir ey Xocalını, işğalı unut, get erməninin ayağının altına yıxıl. Belə demir, bunu anlayın! Bunlar tamam başqa-başqa şeylərdir. Küllü Qarabağı qəhrəman ORDUMUZ azad edib, ərazi bütövlüyümüz, suverenliyimiz bərpa edilib. Qana, mühribəyə son qoyulur. Naxçıvanla aramızda manesiz yol olmalıdır. Komunikasiyalar bərpa edilir. Sülh sazişi üçün atılan addımlardır bunlar. Heç sülh sazişi imzalanandan sonra da ermənilərlə "maça-quça" ehtiyac yoxdur. Onlar öz həyatını yaşayacaq, biz öz də həyatımızı. Sülh sazişi, Xocalını, qanı, işğalı unutmaq demək deyil.

Artıq QHT səviyyəsində ilk təmaslar da başlaylb. Bu da normaldı, sülh sazişinə aparan yolda ilk addımlardır. Gələcəkdə tanınmış mədəniyyət, sənət, elm adamları səviyyəsində də müəyyən təmaslar olacaq. Bütün bunlar gözləniləndir, başa düşüləndir. Amma onda da Xocalını, tökülən şəhid qanını, işğalı unutmaq olmaz. Unutmayaq!"

QAZİLER.AZ