Paytaxtın Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi ilə Novruzov Qardaşları küçəsinin kəsişməsində nəqliyyat vasitələri və piyadalar üçün növbəli və təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə dörd ədəd dirəkdən ibarət yeni nəqliyyat və piyada işıqforları quraşdırılaraq istifadəyə verilib.
Qaziler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, görülən tədbirlər nəticəsində kəsişmədə yaranan xaotik vəziyyət aradan qaldırılıb.



