Mikayıl Cabbarov Sabirabada gedir

Mikayıl Cabbarov Sabirabada gedir backend

Təhsil naziri Mikayıl Cabbarov dekabrın 14-də Sabirabadda Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək. Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, qəbulda adı çəkilən rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.


Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlar 8, 9, 10 və 11 dekabr tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli “Qaynar xətt” xidmətinə və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.