İki dövlət qurumunda bədbəxt hadisə

İki dövlət qurumunda bədbəxt hadisə backend

"Azər İşıq" və "Azərsu"nun işçiləri bədbəxt hadisənin qurbanı olublar. QAZİLER.AZ Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hər iki hadisə dekabrın 7-də qeydə alınıb.

Mingəçevir şəhərinin 20 yanvar küçəsində təmir işləri aparan şəhər Azər İşıq MMC-də işləyən İstiqat Yusifovun üzərinə işıq transformatoru düşüb. Onu xəstəxanaya çatdırmaq mümkün olsa da, orada ölüb.

İkinci hadisə isə Abşeronda baş verib. Abşeron rayonunun Saray qəsəbəsində Azərsu ASC-nin su anbarında qaynaq işləri aparan Sumqayıt şəhər sakini Həbib Qasımovun üzərinə dəmir boru düşüb. O, hadisə yerindəcə keçinib.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.