Bu ilin dekabr ayının 25-nə qədər Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, professor Qurban Yetirmişli AMEA-nın Yer Elmləri bölməsinin iclasında məlumat verib.
Onun sözlərinə görə, sözügedən dövrdə Azərbaycan ərazisində 5543, Azərbaycan və ona bitişik ərazilərdə 8993 yeraltı təkan qeydə alınıb:
"Onlardan 75-i maqnitudası 3-dən yuxarı olanlardır. Seysmik stansiyalar tərəfindən isə il ərzində 2400 yeraltı partlayış qeydə alınıb".



