“PAŞA Həyat Sığorta” şirkəti “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişinin məbləğini açıqlayıb.
"APA-Economics" xəbər verir ki, ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən ipoteka krediti götürmüş şəxsin səhhətində yaranmış onkoloji xəstəlik onun əmək qabiliyyətini itirməsi ilə nəticələnib.
Şirkətlə sığorta olunan şəxs arasında bağlanmış sığorta müqaviləsinin müvafiq bəndinə əsasən, müştərinin 62 211 manat qalıq kredit borcu məbləği “PAŞA Həyat” tərəfindən aidiyyəti üzrə ödənilib.



