“Azərbaycanda “donuz qripi” (A/H1 N1-red.) ilə bağlı hər hansı şübhəli hal qeydə alınmayıb. Epidemioloji durum daim nəzarət altındadır”. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “donuz qripi” təhlükəsinə görə Səhiyyə Nazirliyinin aidiyyəti qurumlarına hər hansı bir müraciət daxil olmayıb.Qeyd olunub ki, Dövlət Gömrük Komitəsinin tabeliyində olan sanitar-karantin şöbələrində ölkəyə daxil olan əcnəbilərin, habelə Azərbaycan vətəndaşlarının üzərində daimi nəzarət həyata keçirilir.
Qeyd edək ki, İranda “donuz qripi” epidemiyası nəticəsində 33 nəfər ölüb.