Qarabağ qaziləri Prezidenti təbrik etdi

Qarabağ qaziləri Prezidenti təbrik etdi backend

"Qarabağ qaziləri" ictimai birliyi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ad günü münasibətilə təbrik edib.

Qaziler.az bildirir ki, təbrikdə deyilir:

""Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Sizi doğum günü münasibətilə təbrik edirik. Uca Allah Sizə möhkəm cansağlığı və çoxlu belə xoş günlər nəsib etsin.

Siz Azərbaycan dövlətinin inkişafında mühüm rol oynayan, həm qurucu, həm də islahatçı Lidersiniz. 30 ildən çox düşmən tapdağı altında qalan Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın azad edilməsi - bu tarixi Qələbə Sizin uzaqgörən siyasətiniz, güclü liderlik qabiliyyətiniz və millətə sədaqətiniz ilə mümkün oldu.

Qırx dörd günlük Vətən müharibəsi ilə tarix yazan ölkəmiz Sizin - Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edərək milli birliyimizin və gücümüzün parlaq rəmzinə çevrildi. Dövlətimizin başçısının yenilməz iradəsi və xalqımızın dönməz dəstəyi Azərbaycanın tarixində yeni qələbələr səhifəsi açdı.

Sizin adınız Azərbaycan Respublikasının müasir tarixi, dövlətçiliyinin inkişafı, siyasi və iqtisadi güc qazanması və ölkənin artan beynəlxalq nüfuzu ilə ayrılmaz şəkildə bağlıdır.

Sizin rəhbərliyinizlə Azərbaycan əsas milli inkişaf məsələlərinin həllində davamlı dinamika nümayiş etdirib və beynəlxalq aləmdə əhəmiyyətli uğurlar qazanıb, nüfuzlu regional lider kimi mövqelərini möhkəmləndirib.

Sizin rəhbərliyinizlə Azərbaycan siyasi, iqtisadi və digər sahələrdə inkişaf edərək misli görünməmiş bir yol qət etmişdir. Siz Azərbaycanı tarixində heç vaxt olmadığı qədər güclü dövlətə çevirmisiniz, regional lider kimi ölkənin nüfuzunu beynəlxalq aləmdə yüksəltmisiniz.

Sizin Qarabağ müharibəsi əlillərinə, veteranlar, şəhid ailələrinə diqqət və qayğınız hər birimizi ruhlandırır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu bu qayğı, diqqət Sizin hakimiyyətə gəlişinizdən sonra daha da artdı. Buna görə Sizə minnətdarıq.

Sizin təşəbbüslərinizlə Azərbaycanda və regionda gedən nəhəng quruculuq işləri bizə ölkənin gələcəyinə inamla baxmağa imkan yaradır və ən mühüm nailiyyətlərinizin hələ qabaqda olduğunu deməyə əsas verir.

Bu əlamətdar gündə Sizə cansağlığı, davamlı uğurlar və firavanlıq arzulayırıq. Azərbaycan xalqına xidmət etməyə, qlobal sülhə və əməkdaşlığa töhfə verməyə davam edəcəyiniz qarşıdakı illərdə Sizə güc-qüvvət, tükənməz enerji diləyirik.

QAZİLER.AZ