Din Xadimlərinin II Forumunun iştirakçıları vəhdət namazı qılıb

Din Xadimlərinin II Forumunun iştirakçıları vəhdət namazı qılıb backend

Bakıda "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilməsi planlaşdırılan Din Xadimlərinin II Forumunun iştirakçıları Heydər Məscidində vəhdət namazı qılıblar.

"Report" xəbər verir ki, ibadətə Heydər Məscidinin imamı Rüfət Qarayev rəhbərlik edib.

Bundan sonra forum iştirakçılarının Azərbaycan İlahiyyat İnstitutunda görüşü nəzərdə tutulur.

Onlar daha sonra Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralını və Dağ yəhudiləri sinaqoqunu ziyarət edəcəklər.

Qeyd edək ki, Din Xadimlərinin II Forumu bu il dekabrın 24-də keçiriləcək. "Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı" mövzusundakı tədbirdə dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, din xadimlərinin peşəkar inkişafı, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.

Tədbirə müvafiq dövlət qurumları və din xadimləri, dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alım və mütəxəssislərlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbər şəxslərinin dəvət edilməsi planlaşdırılır.