Tərtərdə repetitorun əri hazırlığa gələn 13 yaşlı qıza əxlaqsız hərəkətlər edib

Tərtərdə repetitorun əri hazırlığa gələn 13 yaşlı qıza əxlaqsız hərəkətlər edib backend

Tərtərdə repetitor yanına gedən 13 yaşlı yeniyetmə qadın müəllimin həyat yoldaşı tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalıb.

Qaziler.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə ötən ilin dekabr ayında baş versə də, cinayət işi üzrə hökm ötən həftə elan olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Araz Bədirov (ad və soyad şərtidir) 16 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, o, iki il müddətinə övladlarını tərbiyə etmək hüququndan da məhrum olunub.

Cinayət hadisəsinə gəlincə, zərərçəkmiş Nigar Həmzəyeva xalası qızı Gülnarı repetitor müəllim Aybəniz Bədirovanın (ad-soyadlar şərtidir) yanına hazırlığa aparıb. Dərs zamanı Nigar divanda əyləşərək gözləyib. Bu zaman 48 yaşlı Araz Bədirov divanda oturan yeniyetməyə qarşı əxlaqsız hərəkətlər edib.

Hazırlıq müəllimi dərslə məşğul olduğu üçün baş verənlərdən xəbərsiz olub. Hadisədən sonra Nigar dərhal müəllimdən icazə alaraq xalası qızı ilə birlikdə evi tərk edib. Evə çatan kimi başına gələnləri xalası və nənəsinə danışıb.

Nigarın ailə üzvləri hadisədən sonra təqsirləndirilən şəxsin yaşadığı evə yollansalar da, onu tapa bilməyiblər. Bundan sonra dərhal polisə müraciət olunub.

Zərərçəkmişin nənəsi ifadəsində bildirib:

"Araz öz qohumlarını evimizə göndərdi. Diz çöküb yalvardılar, pul da təklif etdilər ki, şikayətçi olmayaq".

Qeyd edək ki, zərərçəkmiş Nigar Həmzəyeva 5-ci sinif şagirdi olub. Valideynləri ayrıldığından bir müddət nənəsinin himayəsində yaşayıb.