Amnistiya qərarının icrasına başlanılıb

Amnistiya qərarının icrasına başlanılıb backend

Prezident İlham Əliyevin təşəbbüsü əsasında “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın icrasına başlanılıb.

 

Trend xəbər verir ki, amnistiya aktının icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində həyata keçirilir.

 

Qeyd edək ki, Amnistiya aktının ilkin siyahısına əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi, 3 mindən çox şəxsin cəzası 6 ay azaldılması nəzərdə tutulur.

 

Amnistiya həmçinin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək.