Meyxanaçı Ağakərimin dostu: "Oğlu dedi ki, tez özünü bizə çatdır" - VİDEO

Meyxanaçı Ağakərimin dostu: "Oğlu dedi ki, tez özünü bizə çatdır" - VİDEO backend

Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən tanınmış meyxana ustadı Ağakərim (Kərim Novruzov) dünyasını dəyişib.

Baku TV mərhum sənətkarın evində olub.

Kərim Novruzovun vəfatı ilə bağlı mərhumun dostu, rejissor və operator Şirzad Məstanov açıqlama verib.

"Əvvəllər də Kərimin ölümü barədə əsassız xəbərlər yayılmışdı. Mən də elə düşündüm ki, yenə yalan məlumatdır. Lakin oğlu Kamil mənə zəng edib dedi ki, tez özünü bizə çatdır. Həmin an anladım ki, nəsə baş verib. Daha sonra Ağamirzə ilə əlaqə saxladım. O da Kərimin vəfat etdiyini bildirdi", - o deyib.

Daha ətraflı videomaterialda: