Astara rayonunda itkin düşmüş hesab edilən balıqçılardan birinin meyiti Xəzər dənizinin İran sektorunda aşkar edilib.
"Report"un məlumatına görə, tapılan meyitin bir neçə gün əvvəl itkin düşmüş hesab edilən balıqçı, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğluna aid olduğu ehtimal edilir.
Əldə olunan məlumata görə meyitin Azərbaycana təhvil verilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, itkin düşmüş balıqçılardan digərinin - 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında tapılmışdı.



