Meyxanaçı Kərimin dəfn ediləcəyi yer məlum olub

Meyxanaçı Kərimin dəfn ediləcəyi yer məlum olub backend

Meyxanaçı Kərim Novruzov sabah Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn ediləcək.

Bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçiriləcək.

Qeyd edək ki, o, bu gün uzun sürən xəstəlikdən sonra yaşadığı mənzildə vəfat edib.