Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri Məmmədov Elşən Alı oğlu və Məmmədov Səyyad Eyvaz oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
Qaziler.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə E.Məmmədov üçün avtomobil şinlərinin bərpası və təmiri xidmətləri, S.Məmmədov üçün isə dönərxana üzrə kiçik təsərrüfatlar qurulub. Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Kürdəmir rayonunda 1606 şəxs üçün kiçik təsərrüfatlar qurulub.



