Milli Məclisin bu gün keçirilən iclasında dünən Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bağlı Bəyanatın mətninin hazırlanması üçün Komissiya yaradılıb.
APA xəbər verir ki, Komissiyanın sədri Şahin İsmayılov, Komissiyanın üzvləri Fəzail İbrahimli, Zaur Şükürov, Pərvanə Vəliyeva və Bəhruz Məhərrəmov olub.
***
saat 11.03
Milli Məclisin iclasının gündəliyi dəyişib, Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul ediləcək.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
İclasın gündəliyinə "Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında" məsələ daxil edilib. Qeyd edilib ki, Bəyanat Avropa Parlamentində dünən keçirilən dinləmə və qəbul edilən saxta ittihamların əks olunduğu qətnaməyə qarşı olacaq.



