“Women in GovTech 2025”də Nazirliyin qadın əməkdaşları ilə müsahibələr təqdim edilib

“Women in GovTech 2025”də Nazirliyin qadın əməkdaşları ilə müsahibələr təqdim edilib backend

Sinqapurun “GovInsider” platforması tərəfindən yayımlanan “Women in GovTech 2025” hesabatı müxtəlif ölkələrdə dövlət sektorunda elektron texnologiyaların inkişafında mühüm rol oynayan qadın liderlərin fəaliyyətini ön plana çıxarır.

Qaziler.az xəbər verir ki, “İnklüziv texnologiyanın hamı üçün etibarlılığı”na həsr olunan builki hesabatda 29 ölkədən 100 qadın əməkdaşla müsahibə təqdim edilir.

Onların sırasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşları Vüsalə Müzəffərova və Səbinə Hüseynova ilə müsahibələr də yer alıb. https://govinsider.asia/intl-en/article/meet-the-women-in-govtech-2025

Vüsalə Müzəffərova ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində xidmətlərinin rəqəmsallaşdırılması, proaktiv və inklüziv dövlət xidmətlərinin qurulması, süni intellekt həllərinin tətbiqi və məşğulluğun artırılmasına yönəlmiş layihələr çərçivəsində görülən işlərdən bəhs edib.

Səbinə Hüseynova isə Azərbaycanda sosial xidmətlərin rəqəmsallaşdırılması, inklüziv və insan-mərkəzli yanaşma, “e-Sosial” portalı, süni intellektin tətbiqi və texnologiyanın vətəndaşların gündəlik həyatını necə asanlaşdırdığı barədə fikirlərini bölüşüb.

“Women in GovTech 2025” hesabatı qadınların dövlət xidmətlərinin e-texnologiyalar əsasında təkmilləşdirilməsində mühüm rolunu nümayiş etdirir. Azərbaycan qadınlarının da bu qlobal hesabatda yer alması ölkəmizdə rəqəmsal inkişafın təmin edilməsi prosesində qadınların da fəal iştirakının  beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.