Səlim Müslümov komitə sədri ilə görüşdü

Səlim Müslümov komitə sədri ilə görüşdü backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsi ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. QAZİLER.AZ xəbər verir ki, Nazirlikdə BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin sədri Fransisko Karron və Komitənin digər bir sıra rəsmiləri ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin «Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiyasının 25 illiyi ilə bağlı Komitənin sabah Bakıda büro iclasının keçiriləcəyini qeyd edərək, bu tədbirin ölkəmizdə təşkil olunmasını yüksək dəyərləndirib.

F.Karron Azərbaycanda əmək miqrasiyası proseslərinin idarə olunması sahəsində aparılan fəal dövlət siyasətinin onda məmnunluq doğurduğunu vurğulayıb.

Qeyd edək ki, sabah Bakıda BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin əməkçi miqrantlarla bağlı Beynəlxalq Konvensiyanın qəbul edilməsinin 25 illiyinə həsr olunmuş büro iclası keçiriləcək .