Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında fasilə olacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində, Sürücülük məktəbinin yaxınlığında yerləşən diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə bu gün təmir-bərpa işləri aparılacaq.
Bu səbəbdən qeyd olunan ərazidəki 500 abonentin qaz təchizatı saat 11:00-dan etibarən müvəqqəti dayandırılacaq.
Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.



