Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbin qarşısındakı yol keçilməz vəziyyətə düşüb.
Oxu.Az xəbər verir ki, ərazidə asfalt örtüyünün olmaması nəqliyyat vasitələrinin palçıqda batıb qalmasına səbəb olur.
Çox sayda gölməçələr əmələ gələn yolda piyadaların, xüsusilə şagirdlərin hərəkəti çətinləşib.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.



