Ədliyyə Akademiyasına təyin edilən yeni rektor kimdir? - DOSYE

Ədliyyə Akademiyasına təyin edilən yeni rektor kimdir? -  DOSYE backend

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Rövşən Rəhim oğlu İsmayılov Ədliyyə Akademiyasının rektoru təyin edilib.

Qaziler.az Rövşən İsmayılovun dosyesini təqdim edir.

O, 1971-ci il mayın 8-də Bakı şəhərində anadan olub.

1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirən Rövşən İsmayılov 1994-cü ildən BDU-nun Konstitusiya hüququ kafedrasında müəllim, 2006-cı ildən dosenti olub.

1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasının Hazırlanması Komissiyasının işçi qrupunun üzvü kimi fəaliyyət göstərib.

R.İsmayılov 2000-ci ildə Odessa Milli Hüquq Akademiyasında hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. Elmi işinin mövzusu "Azərbaycan Vətəndaşlıq İnstitutu" olub.

1996-2001-ci illərdə Avropa İnsan Hüquqları Mərkəzi (Bakı) Şurasının üzvü olub.

1997-ci ilin fevralından 2003-cü ilə kimi Xəzər Universitetində müəllim işləyib.

2002-ci ilin fevral-iyun aylarında ABŞ-nin İndiana Universitetində elmi məzuniyyətdə olub.

2005-ci ilin yanvar-avqust aylarında Fulbrayt proqramı üzrə ABŞ-nin İndiana Universitetində elmi tədqiqat aparıb.

2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin olunub.

2008-2017-ci illərdə Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRI) üzvü olub.

22 iyun 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

2017-ci ildən Avropa Şurası Venesiya Komissiyasının üzvüdür.