Rusiyalı iş adamı Azərbaycanda axtarışa verildi

Rusiyalı iş adamı Azərbaycanda axtarışa verildi backend

Azərbaycan rusiyalı iş adamını axtarışa verib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1965-ci il təvəllüdlü Tsindelyani Lento Sosoyeviç qaçaqmalçılıqda təqsirləndirilir.

Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

APA-nın əldə etdiyi məlumata görə, Lento Tsindelyani Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olur.