Xocalının daxili yollarının tikintisinə 1,7 milyon manat ayrılıb

Xocalının daxili yollarının tikintisinə 1,7 milyon manat ayrılıb backend

Xocalı şəhər inzibati ərazi dairəsində daxili yolların tikintisi işlərinə başlanılır.

 

Qaziler.az-in məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

 

Qurum sözügedən işlərin icrasını "Təmir-İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

 

Müqaviləyə əsasən, şirkətə 1,7 milyon manat ödənilib.