İş yerində bu şəxslərin ixtisara salınması mümkün olacaq

İş yerində bu şəxslərin ixtisara salınması mümkün olacaq backend

İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin siyahısında dəyişiklik ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərin işdə saxlanmasına üstünlük verilməyəcək.

Mövcud qanunvericiliyə görə, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:

  • şəhid ailəsinin üzvlərinə;
  • müharibə iştirakçılarına;
  • əsgər və zabitlərin arvadına (ərinə);
  • öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
  • həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə;
  • məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;
  • kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.