Güllələnmiş meyiti tapılan Nicat Quliyev vəzifəli şəxsin oğlu imiş

Güllələnmiş meyiti tapılan Nicat Quliyev vəzifəli şəxsin oğlu imiş backend

Dünən paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Nicat Quliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşı imiş.

Qaziler.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, N.Quliyev agentlikdə məsul vəzifələrdən birini tuturmuş.

Mərhumun anası Mətanət Quliyeva isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.

Hadisəyə gəlincə, Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən olunub.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.