Ordumuzun zabiti şəhid olub

Ordumuzun zabiti şəhid olub backend

Yaralı zabiti xilas etmək mümkün olmayıb. Azərbaycan ordusunun hərbi qulluqçusu şəhid olub. QAZİLER.AZ MüdafiəNazirliyinə istinadən xəbər verir ki, düşmən tərəfindən açılan atəş nəticəsində Silahlı Qüvvələrimizin zabiti baş leytenant Mollayev Abdulla Molla oğlu ağır yaralanıb.

Yaralı zabit hospitala çatdırılaraq əməliyyat olunub. Ancaq buna baxmayaraq hərbi qulluqçu vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!