Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Viktoriya Şeqayla görüş olub.
Qaziler.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Azərbaycan və Qazaxıstan arasında münasibətlərin xalqlarımızın ortaq tarixi və mədəni köklərinə əsaslandığını qeyd edib. İki ölkənin dövlət başçılarının səyləri ilə Azərbaycan-Qazaxıstan münasibətlərinin daim inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi bildirilib.
Ölkələrimiz arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində də əməkdaşlığın daim genişlənməkdə olduğu vurğulanıb. Azərbaycanda əmək və məşğulluq, sosial müdafiə sahələrində son illər həyata keçirilən islahatlar, DOST konsepsiyası, dövlət sosial xidmətlərinin elektronlaşdırılması istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verilib.
Viktoriya Şeqay iki ölkənin sosial sahədə də əlaqələrinin daim genişlənməsinin məmnunluq doğurdunu bildirib. Görüşdə əmək və məşğulluq, sosial müdafiə sahələrində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.



