Sabah Xəzər rayonu və Sumqayıtda qaz olmayacaq

Sabah Xəzər rayonu və Sumqayıtda  qaz olmayacaq backend

Sabah Bakının Xəzər rayonu və Sumqayıt şəhərinin bir hissəsinin qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, dekabrın 3-də saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin və Xəzər rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.