Cahangir Hacıyev həbs edildi - 3 aylıq həbs qərarı

Cahangir Hacıyev həbs edildi - 3 aylıq həbs qərarı backend

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev 3 ay müddətinə azadlıqdan məhrum edilib.

APA-nın əldə etdiyi məlumata görə, C. Hacıyev barəsində Nərimanov rayon Məhkəməsində azadlıqdan məhrumetmə qərarı seçilib.

C. Hacıyev Bakı İstintaq Təcridxanasına aparılıb.

****

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev saxlanılıb.

Faktı APA-ya Daxili İşlər Nazirliyindən (DİN) təsdiqləyiblər. Məlumata görə, C. Hacıyevi DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi saxlayıb.

Qeyd edək ki, bu barədə ilk xəbəri strateq.az saytı yayıb.