Qaçaq məhkum mətbəx dolabından çıxdı

Qaçaq məhkum mətbəx dolabından çıxdı backend

Türkiyənin Kırıkkale bölgəsində müxtəlif cinayətlərə görə 6 il 1 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum gizləndiyi mətbəx şkafında yaxalanıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, vilayət polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin axtarışda olan Şəxslər Bürosunun qrupları qaçan məhbus T.K.-nı tutmaq üçün əməliyyat başlatdı.

T.K. soyğunçuluq ittihamı ilə 5 il 7 ay, "Məhkum və ya saxlanılan şəxsin qaçması" ittihamı ilə 6 ay həbs cəzası alıb.

Dayısınn evində qaldığı aşkarlanan məhkum əməliyyat zamanı gizləndiyi mətbəx dolabında yaxalanıb.

Məhkumun polis bölməsindəki işlərinin araşdırılması davam edir.

QAZİLER.AZ