"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabr 28-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Qaziler.az bildirir ki, bu barədə ADY-dən məlumat verilib.
Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək. Eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər.



