Şəhid qardaşımın ruhu şad oldu - Horovlu sakini

Şəhid qardaşımın ruhu şad oldu - Horovlu sakini backend

Bir şəhid bacısı kimi həm sevinirəm, həm də kədərlənirəm. Mənim qardaşım torpaq uğrunda canını fəda edib. Kaş qardaşım da o torpaqda mənim kimi yaşayardı. Sevinci bizimlə bölüşərdi. Sevinirəm ki, onun ruhu bu gün şad oldu.

 

Qaziler.az xəbər verir ki, bu sözləri Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Rəsmiyyə Kəlbəliyeva deyib.

 

O, həmçinin Prezident İlham Əliyevə belə bir şərait yaratdığına görə təşəkkür edib, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. (Azərtac)