“Avrasiya Gündəliyi” beynəlxalq analitik informasiya portalının təqdimatı keçirilib

“Avrasiya Gündəliyi” beynəlxalq analitik informasiya portalının təqdimatı keçirilib backend

Azərbaycanda yeni beynəlxalq media portalı fəaliyyətə başlayıb. Bu barədə QAZİLER.AZ saytına Beynəlxalq Avrasiya Mətbuat Fondundan məlumat daxil olub. Yeni yaradılan “Avrasiya-Gündəliyi” beynəlxalq analitik-informasiya portalının təqdimat mərasimi keçirilib.

“Avrasiya-Gündəliyi” ümumilikdə qlobal və xüsusən regional münaqişələrin sülh yolu ilə həll edilməsi istiqamətində fikirlərin formalaşdırılması, analitik təhlillərin aparılması, müzakirə müstəvisinin yaradılması məqsədi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Avrasiya Media Şəbəkəsinin birgə təşəbbüsüdür. Portalın fəaliyyətinin əsas missiyası Avrasiya məkanında və bütövlükdə dünyada baş verən münaqişələrə dair doğru dürüst informasiyanın yayılması, münaqişələr barədə reallığın əsl mənzərəsini dünyaya çatdırmaqdan ibarətdir. Bu fikirləri “Avrasiya Gündəliyi” beynəlxalq analitik informasiya portalının təqdimat mərasimində BAMF-ın beynəlxalq məsləhətçisi Lutful Kabir səsləndirilib.

Hökumət rəsmiləri, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirlərinin və media rəhbərlərinin iştirak etdikləri açılış mərasimində çıxış edən portalın baş redaktoru, Malik Əyyub Sumbalın məlumatına görə layihənin əsas hədəflərindən biri jurnalistika vasitəsi ilə sülhün təbliğ edilməsidir. Onun sözlərinə görə “ Avrasiya-Gündəliyi fikir və konsepsiyasını BAMF-dan götürüb və sülh konsepsiyasına dair ekspert təhlillərini təqdim etmək üçün irəli atılan bir addımdır.” Portalda ekspertlər tərəfindən regional münaqişələrin həlli istiqamətində məqalələr yer alıb. Onun məlumatına görə 5 dildə - ingilis, rus, ərərb, türk və azərbaycan dillərində yayımlanan analitik informativ portalının Asiyada, Afrikada, Avropada, Yaxın Şərqdə, Şimali və cənubi Amerikada 20-dən yuxarı büroları fəaliyyət göstərəcək. Onun sözlərinə görə “bu gündən fəaliyyətə başlayan portalımızda münaqişələr barədə məlumatları yumşaq və insanları qıcıqlandırmayan şəkildə ictimaiyyətə çatdıracağıq”

Daha sonra çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov qeyd ki, bu gün Azərbaycanda elektron media daha çox üstünlük təşkil edir. İnkişaf etmiş ölkələrdə informasiyalar daha çox internet üzərindən yayılır. Bu da qloballaşan dünyanın göstəricilərindən biridir. Əsas məsələ informasiyanın olduğu kimi və obyektiv verilməsidir. Azərbaycanın qlobal informasiya məkanına inteqrasiyası üçün “Avrasiya Gündəliyi” xəbər portalının əhəmiyyəti böyükdür.

Çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycana nüfuz gətirən beynəlxalq informasiya agentliklərinin fəaliyyəti çox vacibdir. Bu informasiya agentlikləri yaydıqları məlumatlarla xaricdə Azərbaycan haqqında fikir formalaşmasına şərait yaradır. Bu baxımdan “Avrasiya Gündəliyi” informasiya portalı da dünyada Azərbaycanın müsbət imicinin möhkəmlənməsinə xidmət edəcək.

Tədbirdə çıxış edən Mərakeşin Azərbaycandakı səfiri Həsən Haminin sözlərinə görə bu gün Avrasiya məkanından obyektiv informasiyanın paylaşılması olduqca vacibdir. Müasir qlobal proseslərin işıqlandırılması baxımından obyektiv və balanslaşdırılmış informasiya olduqca vacibdir. Əminəm ki, müasir beynəlxalq siyasi proseslərdə balanslı mövqe sərgiləyən Azərbaycanın praktikası “Avrasiya-Gündəliyi” analitik informasiya portalının fəaliyyətinə də öz təsirini göstərəcək və portal bu vacib prinsipləri öz fəaliyyətində əsas tutacaq.
Daha sonra çıxış edən Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser “Avrasiya-Gündəliyi” analitik informasiya portalında peşəkar kadrların toplanmasının önəmini qeyd edib. “Media reallıq deyil, bu həm də bir gücdür. Bu günkü dünyamızda məsuliyyətli məlumatların paylaşılması olduqca zəruridir. Düşünürəm ki, Avrasiya-Gündəliyi” müxtəlif məsələlərə fərqli cəhətlərdən aydınlıq gətirməklə, öz məlumat və araşdırmaları ilə bizləri zənginləşdirəcək. Təqdimat mərasimində çıxış edən UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilakadze portalın əhəmiyyətindən söz açıb. O, BAMF-ın media, sosial-humanitar, sülhməaramlı aksiyalar, uşaq hüquqlarının qorunması istiqamətindəki fəaliyyətini yüksək dəyərləndirib. O, gələcək əməkdaşlıq perspektivləri baxımından həm BAMF, həm də “Avrasiya-Gündəliyi” beynəlxalq informasiya portalı ilə əməkdaşlıq edəcəklərini bildirib.
Portalın fəaliyyətinə uğurlar arzu edən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Stiven Qays portalın fəaliyyətində məsuliyyətlilik, peşəkarlıq prinsiplərinin önəmli olduğunu bildirib. O, BAMF-ın sədri Umud Mirzəyevin timsalında bu layihənin də böyük uğur qazanacağını və azad medianın inkişaf etdirilməsi baxımından əməkdaşlıq perspektivlərini yüksək dəyərləndirdiyini ifadə edib.

Təqdimat mərasimində Azərbaycan Mətbuat Şurası sədrinin müavini, BAMF-ın sədri, portalın təsisçisi Umud Mirzəyev diqqətə çatdırıb ki, bu sayt ümumilikdə qlobal, xüsusən isə regional münaqişələrin sülh yolu ilə həll olunması istiqamətində fikirlərin formalaşdırılması məqsədilə fəaliyyət göstərəcək. Biz bu yola 1992-ci ildən çıxdıq. O vaxt Sovet İttifaqının dağılması onun müxtəlif guşələrində qanlı münaqişələrlə müşayiət olunurdu. Belə münaqişə ocaqlarından biri də Qarabağda alovlandı. Həmin ərəfədə müxtəlif bölgələrdən olan jurnalistləri münaqişə bölgəsinə aparmaqla mövcud informasiya blokadasından çıxmağa çalışırdıq.

Bu gün də dünyamızda baş verən prosesləri ictimaiyyətə doğru-dürüst təqdim etmək kimi ağır bir məsuliyyəti öz üzərimizə götürməyə qərar verdik. Əmin etmək istərdim ki, “Avrasiya Gündəliyi” Avrasiya və ona yaxın olan ərazilərdə, postsovet məkanında baş verən hadisələrin, münaqişələrin, dünyada narahatlıq doğuran proseslərin, gündəmdə olan problemlərin etibarlı müzakirə müstəvisi olacaqdır. Portal Azərbaycanda beynəlxalq jurnalistikanın inkişafı üçün bir məktəb olacaq. İnsan haqlarının və insani dəyərlərin məşəl daşıyıcısı olaraq Avrasiya Gündəliyi vasitəsi ilə məşəlimizi dünyanın hər bir yerində yandırmağa çalışacağıq.
Təqdimat mərasimində Beynəlxalq Mətbuat İnstitutunun baş direktoru xanım Barbara Triffoninin və Beynəlxalq Sülh Bürosunun baş katibi Kolin Arçerin “Avrasiya-Gündəliyi” beynəlxalq analitik-informasiya portalına təbrik mesajları auditoriyanın diqqətinə çatdırılıb. Qeyd edək ki, portalda regional və beynəlxalq aləmdə maraq doğuran məsələlərə dair dünyanın aparıcı ekspertlərinin rəyləri yer alacaq. Portal azərbaycan, türk, ingilis, rus, ərəb dillərində fəaliyyət göstərəcək.
Diaspora